Haqqımızda

Dövlət-Özəl Tərəfdaşlığı Mərkəzinin Strukturu

Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar və strateji inkişaf proqramları dövlət və özəl sektor arasında uzunmüddətli, qarşılıqlı məsuliyyətə əsaslanan tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini zəruri edir. Bu baxımdan Dövlət–Özəl Tərəfdaşlıq (DÖT) modeli ölkə iqtisadi inkişafın sürətləndirilməsi, infrastrukturun səmərəli idarə edilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində mühüm institusional alət kimi çıxış edir.

Rəşad İbrahimov
Rəhbərlik
Rəşad İbrahimov
MBA, EMPM, IPMA-A, PMO-CP, GPM-b
PMO.az — Təsisçi və Direktor

Biz PMO.AZ olaraq Azərbaycanda Dövlət–Özəl Tərəfdaşlıq (DÖT) sahəsində ixtisaslaşmış və nəticəyönümlü konsultasiya mərkəzi yaratmışıq. Məqsədimiz dövlət qurumlarına və biznes sektoruna DÖT layihələrinin hazırlanması və icrası üzrə peşəkar dəstək göstərməkdir. Qlobal təcrübəni yerli ehtiyaclarla uyğunlaşdıraraq, tərəfdaşlıq qərarlarının daha əsaslı, layihələrin isə daha dayanıqlı şəkildə formalaşmasına kömək edirik.

PMO.AZ
Haqqımızda

Dövlət-Özəl Tərəfdaşlığı

Dövlət–Özəl Tərəfdaşlığı (DÖT) — infrastruktur və ictimai xidmətlərin yaradılması, maliyyələşdirilməsi, idarə olunması və uzunmüddətli istismarı üzrə dövlət və özəl sektorun institusional və maliyyə əməkdaşlıq modelidir. DÖT modeli, dövlətin strateji idarəetmə funksiyasını özəl sektorun investisiya imkanları, innovativ yanaşmaları və idarəetmə bacarıqları ilə birləşdirərək ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun davamlı inkişafı və iqtisadi rəqabətliliyinin gücləndirilməsini təmin edir.

Bu çərçivədə həyata keçirilən layihələr:

  • dövlətin inkişaf prioritetlərinə uyğun şəkildə planlaşdırılır;
  • maliyyələşdirmə, layihələndirmə, tikinti, idarəetmə və istismar mərhələlərini əhatə edir;
  • uzunmüddətli koordinasiya və idarəetmə mexanizmləri üzərində qurulur;
  • xidmətlərin əlçatanlığını, keyfiyyətini və institusional dayanıqlığını artırmağa yönəlir.

DÖT, nəqliyyat, enerji, kommunal xidmətlər, səhiyyə, təhsil, sosial infrastruktur, su təchizatı və digər prioritet sektorlar üzrə tətbiq edilərək dövlətin strateji hədəflərinə uyğun davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

PPP Haqqımızda
PMO.AZ
PMO.AZ

Azərbaycanda DÖT sahəsində ixtisaslaşmış mərkəz

PMO.AZ — Azərbaycanda Dövlət–Özəl Tərəfdaşlıq (DÖT) sahəsində ixtisaslaşmış idarəetmə, konsultasiya və peşəkar inkişaf mərkəzidir. Fəaliyyətimiz dövlət qurumları və biznes sektoru üçün DÖT layihələrinin planlaşdırılması, strukturlaşdırılması və həyata keçirilməsi proseslərinə metodoloji dəstək və institusional yönləndirmə göstərməklə yanaşı, peşəkar təlim proqramlarını da əhatə edir.

Missiyamız

Dövlət və özəl sektorun DÖT layihələrini daha düzgün planlaşdırması, əsaslandırması və idarə etməsi üçün elmi əsaslara söykənən metodoloji çərçivə, peşəkar konsultasiya və sistemli təlim dəstəyi təqdim etməkdir.

Vizyonumuz

Azərbaycanda və regionda DÖT sahəsində institusional etibarlılıq, metodoloji dəqiqlik və strateji yönləndirmə təmin edən, eyni zamanda yüksək səviyyəli kadr hazırlığı formalaşdıran aparıcı peşəkar mərkəzə çevrilməkdir.

Qeydiyyatdan keç
Üstünlüklərimiz

Niyə Biz?

Ekspert heyətimiz

DÖT layihələrinin hüquqi, maliyyə və institusional aspektləri üzrə dərin bilik və geniş tətbiqi təcrübəyə malik ekspert heyəti. Beynəlxalq metodologiya və analitik çərçivələri Azərbaycanın hüquqi-institusional mühitinə elmi əsaslarla adaptasiya etmək bacarığı.

Lokal çərçivəyə uyğunlaşdırılmış praktiki həllər

Hazırladığımız məzmun və xidmətlər ölkənin hüquqi-institusional tələbləri, sektor prioritetləri və real tətbiq təcrübəsi nəzərə alınaraq formalaşdırılır. Tətbiq edilə bilən, ölçülə bilən və prosesə real dəyər qatan həllər.

Dayanıqlı tərəfdaşlıq və nəticəyönümlü dəstək

Layihənin bütün mərhələlərində qərarverməni dəstəkləyən, riskləri sistemləşdirən və institusional bacarıqları gücləndirən peşəkar tərəfdaşlıq. Həm dövlət, həm də özəl sektor üçün səmərəli, şəffaf və uzunmüddətli əməkdaşlıq mühiti.

Əlaqə saxla

Məkanımız

8 Noyabr prospekti, 25
Bakı Ağ Şəhər biznes mərkəzi

ppp@pmo.az
(+994) 55 205 60 00
Bazar ertəsi – Cümə
İş saatları 09:00 – 18:00
Zəhmət olmasa adınızı qeyd edin.
Zəhmət olmasa nömrənizi qeyd edin.
Scroll to Top