Dövlət-Özəl
Tərəfdaşlığı (DÖT)
Azərbaycanda DÖT layihələrinin hazırlanması, strukturlaşdırılması və idarə olunması üzrə ixtisaslaşmış məsləhət və təlim mərkəzidir.
Dövlət-Özəl Tərəfdaşlıq layihələri üzrə məsləhət xidmətləri
Dövlət və özəl sektorun tərəfdaşlıq əsasında həyata keçirdiyi DÖT layihələrinin planlaşdırılması, hazırlanması və idarə olunması proseslərində tərəflərə metodoloji əsaslı və institusional dəstək təqdim edirik.
Dövlət Sektoru Üçün Xidmətlərimiz
Dövlət qurumları, bələdiyyələr və ictimai sektor təşkilatları üçün təqdim etdiyimiz əsas xidmət istiqamətləri:
DÖT çərçivəsində investisiya potensialına malik layihələr müəyyən edilir, layihə ideyası formalaşdırılır, texniki mümkünlük, institusional uyğunluq və həyata keçirilməsinin məqsədəuyğunluğu qiymətləndirilir.
DÖT layihələri üçün texniki-iqtisadi əsaslandırmaların, investisiya layihələrinin və xərclər-faydalar təhlilinin hazırlanması; beynəlxalq inkişaf banklarının metodoloji tələblərinə uyğun yanaşmalar tətbiq olunur.
Gələn təkliflərin texniki, maliyyə və hüquqi baxımdan qiymətləndirilməsi prosesində metodoloji dəstək, danışıqların aparılması və maliyyə bağlanışı mərhələsində nümayəndəlik xidmətlərinin göstərilməsi.
DÖT əməliyyatının strukturu — ödəniş mexanizmləri, maliyyə axınları, təminatlar, müqavilə müddəti — layihənin xüsusiyyətləri nəzərə alınmaqla modelləşdirilir. Tərəflərin hüquq, öhdəlik və risk bölgüsü müəyyənləşdirilir.
Tender şərtləri, qiymətləndirmə meyarları və tender sənədləri hazırlanır. Maliyyə modeli qurulur, gəlir və xərclər proqnozlaşdırılır, maliyyə dayanıqlılığı qiymətləndirilir.
DÖT layihəsinin icrasında müqavilə öhdəliklərinin icrası üzərində nəzarət çərçivələrinin formalaşdırılması və institusional inkişafa dair tövsiyələrin verilməsi.
Özəl Sektor Üçün Xidmətlərimiz
Özəl investorlar, podratçılar və konsorsiumlar üçün təqdim etdiyimiz əsas xidmətlər:
Tender sənədlərinin (RFP, RFQ) təhlili, maliyyə, vergi, hüquqi risklərin müəyyənləşdirilməsi, gəlir–xərc proqnozları, borc/kapital strukturu və həssaslıq analizləri daxil olmaqla maliyyə modellərinin qurulması.
Müraciətlərin hazırlanmasından tutmuş müqavilənin bağlanması və maliyyə bağlanışına qədər bütün mərhələlərdə metodoloji nəzarətin təmin edilməsi və qiymətləndirmə çərçivələrinin formalaşdırılması.
Potensial maliyyələşdirici institutlarla danışıqlarda dəstək, niyyət məktubları və maliyyələşdirmə müqavilələrinin təhlili, optimal maliyyə strukturu üçün tövsiyələrin hazırlanması.
Özəl sektor tərəfindən irəli sürülən DÖT layihələrinin konsept sənədlərinin hazırlanması, dövlət tərəfi ilə ilkin müzakirələrdə dəstək və təqdimatlar üçün məzmun formalaşdırılması.
Sonuncu xəbərlər
-

Özəl maliyyələşdirmə əsasında dövlət-özəl tərəfdaşlığı nədir?
Özəl maliyyələşdirmə əsasında dövlət-özəl tərəfdaşlığı (DÖT) özəl tərəfdaşın yalnız ictimai infrastruktur obyektinin layihələndirilməsi, tikintisi və idarə edilməsini deyil, həmçinin həmin […]
-

DBOM Müqavilələri: Özəl Maliyyələşdirmə Olmadan Layihələndirmə, Tikinti, İstismar və Texniki Xidmət Modeli
DBOM (Design-Build-Operate-Maintain) modeli infrastruktur obyektinin layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətinin vahid müqavilə çərçivəsində birləşdirilməsini nəzərdə tutur. Bu modelin əsas […]
-

İnstitusional investisiya hazırlığında idarəetmə, şəffaflıq və təsirin yoxlanıla bilməsinin artan əhəmiyyəti
İdarəetmənin keyfiyyəti, şəffaflıq və əldə edilən nəticələrin yoxlanıla bilməsi institusional investisiyalara hazırlığın getdikcə daha mühüm meyarlarına çevrilir. Beynəlxalq investisiya mühiti […]
