Proqram

Sertifikasiya

Dövlət–Özəl Tərəfdaşlıqları (ingiliscə Public–Private Partnerships – PPP) üzrə Sertifikatlaşdırma Proqramı bu sahədə fəaliyyət göstərən mütəxəssislər, dövlət qurumlarının nümayəndələri və tərəfdaşlıq mexanizmlərinə maraq göstərən şəxslər üçün vahid bilik və anlayış çərçivəsi formalaşdırmaq məqsədilə hazırlanmış elmi-metodoloji əsaslara söykənən peşəkar qiymətləndirmə mexanizmidir. Proqramın əsas məqsədi DÖT layihələrinin təşkili, idarə olunması və həyata keçirilməsi proseslərində tətbiq edilən terminologiya, metodoloji prinsiplər və praktiki yanaşmaların beynəlxalq səviyyədə standartlaşdırılmasını təmin etməkdir.


Proqramın elmi-metodoloji bazasını beynəlxalq ekspertlər tərəfindən hazırlanmış “PPP Certification Program Guide” təşkil edir. Bu metodoloji çərçivənin regionlara uyğunlaşdırılması məqsədilə Bələdçinin Azərbaycan dilində peşəkar tərcümə və elmi-terminoloji uyğunlaşdırılması PMO.AZ tərəfindən hazırlanmışdır. DÖT üzrə Sertifikatlaşdırma Proqramı dövlət və özəl sektor nümayəndələrinin, maliyyə institutlarının, akademik dairələrin və sahə üzrə mütəxəssislərin nəzəri və praktik biliklərini dərinləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sertifikatlaşdırma

DÖT (CP³P) Mərhələləri

Mərhələ İzah Sertifikat
Foundation CP3P Foundation DÖT üzrə beynəlxalq CP³P Sertifikatlaşdırma Proqramı üç ardıcıl mərhələdən ibarət olmaqla, namizədlərin dövlət–özəl tərəfdaşlığı prosesinə dair nəzəri biliklərini və praktiki kompetensiyalarını sistemli şəkildə qiymətləndirmək məqsədi daşıyır. İlk mərhələ olan Foundation səviyyəsi DÖT sahəsində az və ya heç bir təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulur və əsas anlayışların, terminologiyanın və proseslərin standartlaşdırılmış şəkildə mənimsənilməsini təmin edir. Foundation səviyyəsinin tamamlanması növbəti iki peşəkar mərhələyə keçid üçün tələb olunan ilkin şərtdir. Foundation imtahanı
Preparation
(Hazırlıq) səviyyəsi CP3P Preparation
İkinci mərhələ olan Preparation (Hazırlıq) səviyyəsi DÖT layihələrinin identifikasiyası, ilkin qiymətləndirilməsi və hazırlanması proseslərində iştirak edən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Bu mərhələ dövlət qurumlarında çalışan praktiklər, layihə idarəçiləri və məsləhətçilər üçün xüsusi əhəmiyyət daşıyır. Preparation mərhələsi namizədin DÖT çərçivələrini tətbiq etmək, layihə identifikasiyasını həyata keçirmək bacarığını ölçür. Preparation imtahanı
Execution
(İcra) səviyyəsi CP3P Execution
Üçüncü mərhələ olan Execution (İcra) səviyyəsi DÖT layihələrinin strukturlaşdırılması, tenderləşdirilməsi, müqavilələrin hazırlanması və layihələrin icrası mərhələsində tərəfdaşlıq münasibətlərinin idarə olunması ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Execution mərhələsi namizədin DÖT tender sənədlərinin hazırlanması, risk bölgüsünün tətbiqi, müqavilələrin tərtibi və tikinti–əməliyyat fazalarında öhdəliklərin idarə olunması üzrə bilik və bacarıqlarını ölçür. Execution imtahanı
Hamısı CP3P Professional Hər üç mərhələni – Foundation, Preparation və Execution imtahanlarını – uğurla tamamlayan namizədlərə beynəlxalq səviyyədə tanınan CP³P Professional statusu verilir. Bu status dünya üzrə DÖT sahəsində ən yüksək peşəkar kvalifikasiyalardan biri kimi qəbul edilir və sahibinin dövlət–özəl tərəfdaşlığı üzrə qlobal standartlara uyğun bilik və kompetensiyaya malik olduğunu təsdiq edir. CP3P
Scroll to Top