Xidmətlərimiz
Dövlət–Özəl Tərəfdaşlıq (DÖT) layihələrinin hazırlanması, strukturlaşdırılması və həyata keçirilməsi üzrə təqdim etdiyimiz xidmətlər dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın qurulmasına, investisiya mühitinin inkişafına və sosial-iqtisadi dəyərin artırılmasına yönəlmişdir.
Məqsədimiz — layihələrin texniki, maliyyə, hüquqi və institusional baxımdan əsaslandırılmış, risk baxımından balanslaşdırılmış və beynəlxalq standartlara uyğun şəkildə hazırlanmasını təmin etməkdir.
Dövlət qurumlarının sektor prioritetlərinə uyğun olaraq potensial DÖT layihələri müəyyən edir, qiymətləndirir və ilkin institusional çərçivə formalaşdırmağı təklif edirik.
- sektor boşluqlarının və ictimai ehtiyacların təhlili;
- layihə ideyasının həyata keçirilmə potensialının qiymətləndirilməsi;
- institusional və hüquqi mühitin ilkin analizi;
- risklərin və maraqlı tərəflərin identifikasiyası;
- layihənin konsept sənədinin hazırlanması.
PMO.AZ komandası olaraq biz, dövlət və özəl sektor arasında tərəfdaşlıqla həyata keçirilən layihələrin uğurla reallaşdırılması üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) və layihə hazırlığı xidmətini təklif edirik.
- texniki alternativlərin müqayisəli təhlili və optimal texniki həllin seçilməsi;
- infrastruktur tələblərinin, tikinti və əməliyyat parametrlərinin müəyyənləşdirilməsi;
- CAPEX/OPEX hesablamaları və maliyyə modelinin qurulması;
- gəlir strukturları, ödəniş mexanizmləri və fiskal təsirlərin analizi;
- sosial, ekoloji və iqtisadi təsirlərin qiymətləndirilməsi;
- hüquqi və tənzimləyici uyğunluğun diaqnostikası;
- dövlət dəstəyi mexanizmləri və risk bölgüsü modelləri.
DÖT layihələrinin beynəlxalq standartlara uyğun, şəffaf və rəqabətədavamlı tenderə çıxarılması üçün satınalma və tender prosesinin tam idarə olunmasına dair xidmətlər təklif edirik.
- satınalma strategiyasının və planının hazırlanması;
- tender sənədlərinin (EOI, RFI, PQ, RFP) işlənməsi;
- qiymətləndirmə meyarlarının və texniki spesifikasiyaların hazırlanması;
- təkliflərin texniki və maliyyə baxımından qiymətləndirilməsi;
- danışıqlar və müqavilə bağlanması mərhələsində ekspert müşayiəti həyata keçirilir.
DÖT layihələrinin hüquqi strukturu və müqavilələrin formalaşdırılması istiqamətində kompleks hüquqi məsləhət xidmətləri təklif edirik.
- DÖT və konessiya müqavilələrinin hazırlanması;
- tərəflərin hüquqi öhdəliklərinin və risk bölgüsünün müəyyənləşdirilməsi;
- tənzimləyici çərçivənin layihəyə uyğunlaşdırılması;
- müqavilə sənədlərinin hüquqi ekspertizası həyata keçirilir.
Layihənin iqtisadi dayanıqlığının və investor marağının qiymətləndirilməsi məqsədilə bazar araşdırmaları təklif edirik.
- tələbat və ödəmə qabiliyyətinin analizi;
- sektor üzrə rəqabət mühiti və inkişaf perspektivlərinin analizi;
- investor və maliyyə qurumlarının gözləntilərinin qiymətləndirilməsi;
- gəlir və tarif modellərinin hazırlanması;
- investisiya cəlbediciliyinin artırılması üzrə strategiyalar və tövsiyələr.
Ekspertlərimiz
Rəşad İbrahimov layihə idarəçiliyi və institusional inkişaf sahəsində ixtisaslaşmış peşəkar mütəxəssis və PMO.AZ — Layihə Düşüncə Məktəbinin təsisçisidir. O, PMO sistemlərinin qurulması, idarəetmə çərçivələrinin formalaşdırılması və təşkilatlarda strateji idarəetmə proseslərinin tətbiqi üzrə həm nəzəri, həm də praktiki təcrübəyə malikdir. Ali təhsilini bakalavr və MBA səviyyəsində tamamlamış, peşəkar inkişafını IPMA Level A, IPMA Level B və digər beynəlxalq sertifikasiyalarla davam etdirmişdir. Peşəkar fəaliyyəti boyunca müxtəlif dövlət və özəl sektor təşkilatlarında layihələrin planlaşdırılması, icrası və idarəetmə proseslərinin optimallaşdırılması üzrə həllər təqdim etmişdir.
