DÖT layihələrinin həyat dövrü — planlamadan fəaliyyətə

Hər DÖT layihəsi bir fikir kimi başlayır, amma yalnız düzgün struktur və idarəetmə ilə reallığa çevrilir.
APMG CP³P proqramı bu prosesi 8 mərhələlik “PPP Life Cycle” modeli ilə izah edir.
Bu model — dövlət və özəl sektorun harada və necə əməkdaşlıq edəcəyini müəyyən edən qlobal çərçivədir.

DÖT layihəsinin 8 mərhələsi (APMG PPP Guide əsasında)

1. Layihə identifikasiyası (Project Identification)

Dövlət ictimai ehtiyacı müəyyənləşdirir və layihə ideyasını formalaşdırır.

2. İlkin iqtisadi əsaslandırma (Preliminary Feasibility)

Layihənin texniki və maliyyə baxımından PPP üçün uyğunluğu ilkin təhlil edilir.

3. Müfəssəl qiymətləndirmə və təsdiq (Detailed Feasibility Assessment)

Müfəssəl iqtisadi, hüquqi və sosial analiz aparılır, layihə rəsmi təsdiq edilir.

4. Strukturlaşdırma (Structuring)

Risk bölgüsü, müqavilə çərçivəsi və müsabiqə strategiyası hazırlanır.

5. Müsabiqəyə hazırlıq (Procurement Preparation)

Müsabiqə sənədləri və qiymətləndirmə meyarları tamamlanır, bazar məsləhətləşməsi aparılır.

6. Müsabiqə və seçim (Bidding and Selection)

Tender keçirilir, təkliflər dəyərləndirilir və ən səmərəli (best value) təklif seçilir.

7. İcra və istismar (Execution and Operation)

Layihə həyata keçirilir, xidmətlər göstərilir və performans monitorinqi aparılır.

8. İzləmə və öyrənmə (Monitoring & Evaluation)

Layihə nəticələri qiymətləndirilir, öyrənilmiş təcrübələr gələcək layihələrə inteqrasiya olunur.

Bu model həm dövlətin maliyyə yükünü azaldır, həm də xidmət səviyyəsini yüksəldir.

Azərbaycanda artıq bu tip layihələrin bəziləri gündəmdədir: enerji, logistika, səhiyyə və kənd təsərrüfatı sahələrində DÖT modelləri hökumətin prioritetidir.
Amma bu layihələrin uğuru üçün beynəlxalq bacarıqlara malik mütəxəssislər lazımdır.
Məhz bu ehtiyac üçün APMG CP³P proqramı vacibdir.

PMO.azAPMG International tərəfdaşlığı ilə artıq DÖT təlimləri Azərbaycanda rəsmi şəkildə keçirilir.

Bu, dövlət sektorunun idarəçiləri və özəl sektorun layihə rəhbərləri üçün real layihə simulyasiyaları, beynəlxalq təcrübə və gələcəyin infrastruktur liderliyinə addım deməkdir.

Planı öyrənmək asandır. Amma onu həyata keçirməyi öyrədən CP³P-dir.

Bu biliklə sən artıq təkcə “layihə iştirakçısı” yox, Dövlət-Özəl Tərrəfdaşlıq lideri olursan.