Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ölkənin dövlət-özəl tərəfdaşlığı (DÖT) sahəsində yeni mərhələyə qədəm qoyduğunu elan edib.Nazirlər Kabineti-nin 11 iyul 2025-ci il tarixli sərəncamı ilə 2026-cı il üzrə DÖT layihələrinin siyahısı təsdiqlənmişdir.
Qərara əsasən, 2026-cı ildə aşağıdakı sahələr üzrə yeni DÖT layihələrinin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur:
1. Bakı şəhərində Elmi-Texnoloji Parkın yaradılması və idarə edilməsi
Layihənin məqsədi innovasiya ekosisteminin inkişafı, elmi tədqiqatların kommersiyalaşdırılması, akademiya–sənaye əməkdaşlığının genişləndirilməsi və bilik iqtisadiyyatına keçidin sürətləndirilməsidir. Layihənin müddəti özəl tərəfdaş tərəfindən tikinti və 30 il idarəetmə olacaq və sonra layihə fəaliyyətinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-yə həvalə edilməsi planlanır. Hazırda 1-ci mərhələ icra olunur, 2-ci və 3-cü mərhələlər DÖT çərçivəsində həyata keçiriləcək.
2.Lənkəran şəhərində bərk məişət tullantılarının idarə olunması sistemi
Layihənin məqsədi Lənkəran şəhəri və ətraf bölgələrdə tullantıların yığılması, çeşidlənməsi və emalı prosesinin mərkəzləşdirilməsi, təkrar emal bazarının formalaşdırılması, müasir texnologiyaların tətbiqi və məşğulluğun artırılmasıdır. Layihədə 55 hektar torpaq sahəsində köçürmə məntəqələri və sanitar poliqonun salınması nəzərdə tutulub. Müddət: 20 il özəl tərəfdaşın idarəetməsi ilə, sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi-yə həvalə. İcraata hələ başlanılmayıb.
3.Heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzlərinin yaradılması
Layihə qida təhlükəsizliyinin gücləndirilməsi, bioloji tullantıların təhlükəsiz şəkildə utilizasiyası və sanitariya-gigiyena tələblərinə riayət olunması kimi dövlət prioritetlərinə xidmət edir. Layihə 22 il ərzində özəl tərəfdaş tərəfindən idarə ediləcək və sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təhvil veriləcək. İcraya hələ başlanmayıb.
4.Hövsan çirkab sutəmizləyici qurğunun yenidən qurulması və təkrar istifadə sistemlərinin quraşdırılması
Layihənin əsas məqsədi tullantı suların təmizlənməsi və təkrar istifadəsinin təmin edilməsi, infrastrukturun qurulması, vətəndaşların sağlamlığına və ətraf mühitə faydadır. İdarəetmə müddəti 25 il olaraq müəyyən edilib və dövrün sonunda obyekt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təhvil veriləcək.
6.Kəlbəcər rayonunda turizm-rekreasiya (istirahət) zonasının yaradılması layihəsi.
Məqsəd: bölgədə sistemli turizm mərkəzinin formalaşdırılması, yerli icmanın regiona qayıdışının təşviqi, müalicəvi və aktiv turizm imkanlarının genişləndirilməsi. Bir neçə ərazi üzrə zonalar (müalicəvi turizm, dağ-xizək turizmi, istirahət və aktiv turizm) nəzərdə tutulub.
Müddət: 30 il özəl tərəfdaşın idarəetməsi ilə, sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi-yə həvalə. İcraata hələ başlanılmayıb.
Bu layihələr Azərbaycan Respublikasının uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq:
• dövlət xidmətlərinin modernləşdirilməsinə,
• regional inkişafın təşviqinə,
• ekoloji təhlükəsizliyin gücləndirilməsinə,
• innovasiya və texnologiyaların tətbiqinə,
• özəl sektorun iqtisadiyyatın aparıcı sahələrinə cəlb olunmasına mühüm töhfə verəcəkdir.
Azərbaycanın 2026-cı il üçün təsdiqlədiyi DÖT layihələrinin genişlənməsi fonunda, layihələrin yüksək keyfiyyətlə hazırlanması və beynəlxalq metodologiyalara uyğun şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu kontekstdə PMO.AZ, dövlət-özəl tərəfdaşlığı üzrə ixtisaslaşmış ilk yerli platformalardan biri kimi dövlət qurumlarına, bələdiyyələrə və özəl investorlara peşəkar dəstək göstərir.

