Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) və Onun Əhəmiyyəti

Qlobal miqyasda infrastrukturun inkişafı, dövlət xidmətlərinin səmərəliliyinin artırılması və investisiya axınlarının genişləndirilməsi artıq yalnız dövlətin məsuliyyət sahəsinə aid deyil.
Bugün bu missiyanı dövlət və özəl sektor birgə daşıyır — buna Dövlət Özəl Əməkdaşlığı deyilir.

DÖT nədir?

DÖT – dövlət və özəl sektor arasında ictimai infrastrukturun və ya xidmətlərin planlaşdırılması, maliyyələşdirilməsi, tikintisi, idarə olunması və saxlanması məqsədilə bağlanan uzunmüddətli, qarşılıqlı öhdəliklərə əsaslanan əməkdaşlıq modelidir.

Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və APMG International kimi beynəlxalq qurumlar PPP sahəsində metodoloji çərçivələr, bələdçi sənədlər və peşəkar sertifikasiya proqramları formalaşdıraraq bu modelin qlobal tətbiqini standartlaşdırıblar.

💡 DÖT-nin mahiyyəti

DÖT — dövlət və özəl sektorun uzunmüddətli əməkdaşlıq formasıdır, burada:

  • dövlət əhalinin xidmət və ya infrastruktur ehtiyacını müəyyənləşdirir;
  • özəl sektor isə layihənin tipindən asılı olaraq onun dizaynı, maliyyəşdirilməsi, inşası və ya idarə edilməsində iştirak edir;
  • nəticədə tərəflər riskləri optimal şəkildə bölüşdürür, faydaları isə qarşılıqlı şəkildə paylaşırlar.

DÖT layihələrində ilkin mərhələdə maliyyənin tapılması özəl sektorun öhdəliyi olsada, sonrakı mərhələlərdə dövlətdə gizli borc öhdəlikləri yaradır.

DÖT dövlətin ilkin büdcə xərclərini azaltsa da, uzunmüddətli gizli borc öhdəliklər yarada bilər.

Beynəlxalq nümunələr

Böyük Britaniyada “Private Finance Initiative” çərçivəsində 700-dən çox DÖT layihəsi həyata keçirilib.

Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrdə DÖT modelləri enerji, su və nəqliyyat sahəsində əsas alətə çevrilib.

Azərbaycan üçün bu model xüsusilə su və tullantıların idarə olunması, ətraf mühit və ekologiya, nəqliyyat və daşımalar, təhsil, səhiyyə, qida və kənd təsərrüfatı sahələrində böyük potensiala malikdir.

Post-pandemiya dövründə əhəmiyyəti

Post-pandemiya dövründə dövlətlərin əsas problemi — məhdud büdcə və yüksək sosial tələblərdir.
DÖT bu kontekstdə sadəcə maliyyələşdirmə aləti deyil, resursların optimal istifadəsini və innovativ həllərin tətbiqini təmin edən idarəetmə mexanizmidir.

CP³P Sertifikasiya Proqramı

APMG International və Beynəlxalq İnkişaf Bankının dəstəyi ilə yaradılmış CP³P (Certified PPP Professional) proqramı indi artıq PMO.az vasitəsilə Azərbaycanda təqdim olunur.
PMO.az regionda ilk təşkilat olaraq APMG International ilə rəsmi tərəfdaşlıq imzalayıb və Dövlət-Özəl Tərəfdaşlıq sertifikasiyasını Azərbaycana gətirib.

Bu əməkdaşlıq sayəsində:
  • Azərbaycan və regionun mütəxəssisləri artıq beynəlxalq DÖT təlimlərinə yerli dildə və kontekstdə qoşula bilir;
  • Təlimlər azərbaycanca və ingiliscə keçirilir;
  • İştirakçılar rəsmi beynəlxalq badge (digital nişan) və sertifikat qazanırlar;
  • Dövlət, özəl və akademik sektor üçün yeni karyera istiqamətləri yaranır.