DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞI ÜZRƏ TƏLİM PROQRAMINA QEYDİYYAT AÇILDI

Qlobal səviyyədə tanınan Dövlət-Özəl Tərəfdaşlığı (DÖT/PPP) üzrə peşəkar olmağa ilk addımı atmağa hazırsınızmı?

PMO.AZ – Layihə Düşüncə Məktəbi olaraq Azərbaycanda layihə idarəçiliyi, strateji düşüncə və innovativ yanaşmalar sahəsində ölkədə ilklərə imza atmağa davam edirik. Bu dəfə isə Dövlət-Özəl Tərəfdaşlığı (Public-Private Partnership – PPP) mövzusunda təşkil edilən təlimimizə qeydiyyatın açıq elan edilməsini məmnuniyyətlə bildiririk.

PMO.AZ tərəfindən təqdim olunan CP3P Foundation təlimi iştirakçılara DÖT layihələrinin bütün həyat dövrünü əhatə edən praktik və nəzəri biliklər qazandırır. Təlim proqramı Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas prinsiplərini, layihələrin ilkin müəyyənləşdirilməsini, strukturlaşdırılmasını, risklərin əsas prinsiplər üzrə bölüşdürülməsini və layihə tərəflərinin rol və öhdəliklərini öyrədir. Eyni zamanda, beynəlxalq təcrübələr və real iş nümunələri əsasında təlim iştirakçılara layihələri daha effektiv idarə etmək üçün vacib bacarıqlar təqdim edir.

Təlim həm sahəyə yeni başlayanlar üçün Dövlət‑Özəl Tərəfdaşlığı (DÖT) prinsiplərini mənimsəmək imkanı yaradır, həm də mövcud bilik və təcrübəsini APMG Certified PPP Professional (CP3P) Foundation beynəlxalq sertifikatı ilə təsdiqləmək istəyən peşəkarlar üçün əvəzsiz fürsətdir. Sertifikat iştirakçılara qlobal standartlara uyğun bilik və bacarıqlar qazandırır, peşəkar nüfuzlarını artırır və Dövlət‑Özəl Tərəfdaşlığı sahəsində karyera imkanlarını genişləndirir.

📌 Dövlət-Özəl Tərəfdaşlığı sahəsində peşəkar və davamlı karyeraya doğru ilk addımı PMO.AZ ilə atın. CP3P Foundation beynəlxalq sertifikasiya təliminə qoşularaq biliklərinizi beynəlxalq səviyyədə təsdiqləyin və qlobal imkanlardan yararlanın.

Ətraflı məlumat və qeydiyyat üçün: ppp@pmo.az