İnfrastruktur layihələrində dövlət investisiya qərarı necə verilir?

İnfrastruktur layihələrinin həyata keçirilməsinə qərar verərkən ilk sual “Layihəni Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) modeli ilə icra edək, yoxsa ənənəvi dövlət satınalması ilə?” olmur.

Əvvəlcə layihənin ümumiyyətlə dövlət tərəfindən maliyyələşdirilməsinin nə dərəcədə əsaslandırılmış olduğu qiymətləndirilir. Yalnız bundan sonra hansı icra modelinin daha məqsədəuyğun olduğu müəyyən edilir.

Bu prosesdə dövlət aşağıdakı əsas məsələləri qiymətləndirir:

  • Layihənin iqtisadi cəhətdən əsaslandırılması;
  • Pulun dəyərinə uyğunluq (Value for Money – VfM);
  • Layihənin dövlət büdcəsi üçün əlçatanlığı (Affordability);
  • Layihənin dövlət balans hesabatına təsiri.

Bu gündən etibarən bu mövzuları ardıcıl olaraq blogumuzda davamlı paylaşacağıq. Ona görə oxumağa davam edək)

Gəlin bugün ilk mövzu haqqında danışaq – İqtisadi əsaslandırma (Economic Justification).

İqtisadi əsaslandırmanın məqsədi layihənin cəmiyyət üçün həqiqətən dəyər yaradıb-yaratmadığını müəyyən etməkdir. Bu mərhələdə dövlət:

✔️ Layihənin bütün fayda və xərclərini müəyyən edir;
✔️ Layihənin iqtisadi, sosial və ekoloji təsirlərini qiymətləndirir;
✔️ Xərc-fayda (Cost-Benefit Analysis) təhlili aparır;
✔️ Layihənin iqtisadi gəlirliliyini hesablayır.

Burada təkcə maliyyə göstəricilərinə deyil, həm də layihənin cəmiyyətə yaradacağı əlavə dəyərə diqqət yetirilir. Məsələn:

  • yeni iş yerlərinin yaradılması;
  • yol qəzalarının azalması;
  • hava və səs çirkliliyinin azalması;
  • regionun iqtisadi inkişafına təsir.

Məhz bu qiymətləndirmədən sonra layihənin həyata keçirilməsinə və onun Dövlət-Özəl Tərəfdaşlığı modeli ilə icra olunmasının məqsədəuyğun olub-olmamasına dair qərar verilir. Növbəti paylaşımımızda isə “İqtisadi Əsaslandırma” mövzusunun ən vacib elementlərindən biri olan “Xarici Effektlər (Externalities) anlayışını izah edəcəyik.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Scroll to Top