Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Hövsan Aerasiya Tullantı Sularının Təmizlənməsi Qurğusunun təmiri və tullantı sularının təkrar emalı üzrə yeni qurğuların quraşdırılması” layihəsi çərçivəsində Niyyət Bildirişinin (Expression of Interest – EOI) təqdim edilməsi üçün dəvət elan olunub. Layihənin Dövlət-Özəl Tərəfdaşlığı çərçivəsində “Layihələndir–Tik–Maliyyələşdir–İdarə et–Təhvil ver” (Design–Build–Finance–Operate–Maintain/Transfer – DBFOM) modeli əsasında həyata keçirilməsi nəzərdə tutulur.
İnfrastruktur layihələrinin uğurlu icrası yalnız maliyyə deyil, eyni zamanda peşəkar hazırlıq, düzgün layihələndirmə, risklərin effektiv idarə edilməsi və beynəlxalq DÖT standartlarının tətbiqini tələb edir.
PMO.az olaraq dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini, peşəkar kadr potensialının inkişafını və bu istiqamətdə biliklərin paylaşılmasını dəstəkləməyə davam edirik.
https://www.economy.gov.az/az/post/3510/hovsan-aerasiya-tullanti-sularin-temizlenmesi-qurgusunun-temiri-ve-tullanti-sularin-tekrar-emali-uzre-yeni-qurgularin-qurasdirilmasi-layihesi-uzre-niyyet-bildirisinin-eoi-teqdim-edilmesine-devet
